BAKI, 25 dekabr. TELEQRAF
Narkotik araşdırması çərçivəsində saxlanılan Türkiyənin "Fənərbağça" klubunun prezidenti Sadəttin Saran sərbəst buraxılıb.
Teleqraf xəbər verir ki, bu barədə "NTV Spor" məlumat yayıb.
O, ifadə verdikdən sonra məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb.
"Fənərbağça" İdarə Heyətinin üzvü Ertan Torunoğulları və bəzi tərəfdarlar Sadettin Sarana dəstək olmaq üçün İstanbul Prokurorluğuna gəlib.
Qeyd edək ki, Sadəttin Saran ötən gün saxlanılmışdı.