AZ

İki-üç transfer etməyə büdcə tapmasalar… Hər şey əldən çıxacaq!

Qış fasiləsi transfer ehtiyaclarını ödəmək baxımından «Zirə» üçün yerinə düşdü.

İki-üç yeni legioner alınmalıdır ki, mövsümü heç olmasa, üçüncü yerdə bitirsmlər.

Yoxsa belə bəxtin, taleyinə kor ümidinə qalacaqlar.

«Zirə» dörd aydır zədəli oyunçuların yoxluğunun əziyyətini çəkir. Həkim otağına gedən də tez geri qayıtmır.

Biri Davit Volkov. Gürcüstanlı hücumçu 3 aya yaxındır yaşıl sahədən uzaq düşüb.

Yanvarın sonunadək sıraya dönməsi də hələ sual altındadır. Avrokuboklara vəsiqə qazanmaq iddiasında olan bir komanda üçün hücumçusuz qalmaq nə deməkdir, özünüz təsəvvürüzünə gətirin.

«İmişli» ilə qarşılaşma Rəşad Sadıqovun klub rəhbərliyi ilə görüşünü labüd edir. Oturub danışmalıdırlar.

Baş məşqçini qayğılandıran mövqelərə transfer etməsi üçün büdcə ayrılmalıdır, nə olur, olsun, haradan tapılır, tapılsın! Müdafiəyə qapanmış rəqiblərin qapısına yol tapmaqdan ötrü komandaya kreativ hücumçu lazımdır, ən azından.

Topu götürsün, iki-üç nəfəri keçsin və qapıya dəqiq zərbə endirsin. Hazırkı «Zirə»də bunu edə bilən, məsuliyyəti öz üzərinə götürən kimsə gözə dəymir. Belə oyunlarda fərdi keyfiyyət rol oynayır.

Salifu Suma satılmasaydı, olmazdı. «Zirə» büdcəsində yaranan boşluğu doldurmaq məcburiyyətində Sumanı «əldən ç0ıxardı».

Onun, Vyetnam klubuna getmək üstündə düşərgəni bir-birinə qatan Rafael Utziqin yeri görünür hələ də…

ELXAN

Seçilən
33
sportinfo.az

1Mənbələr