Sumqayıt şəhərində yaşayış binasında yanğın qeydə alınıb
NOCOMMENT.az Sumqayit24.az -a istinadən xəbər verir ki, hadisə 10-cu mikrorayon, bina 6-da baş verib. Məlumata görə, qısaqapanma nəticəsində mənzildə yanğın baş verib.
Belə ki, evdə quraşdırılmış şam ağacının üzərindəki işıqlandırma vasitələri alovlanmaya səbəb olub.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyi və təcili tibbi yardım briqadası cəlb edilib.
İlkin məlumata görə, yanğın nəticəsində 2 nəfər kişi və 1 nəfər azyaşlı uşaq müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Hadisənin təfərrüatları araşdırılır.