AZ

“Zirə”nin futbolçusu oynadı, millisi uduzdu

Mozambik millisi Afrika Millətlər Kubokuna məğlubiyyətlə başlayıb.

İdmanxeber.az xəbər verir ki, “Zirə”nin yarımmüdafiəçisi Rikardo Martinsin çıxış etdiyi yığma ilk turda Fil Dişi Sahili ilə üz-üzə gəlib və 0:1 hesabı ilə uduzub.

Görüşdə yeganə qolu 79-cu dəqiqədə Amad Diallo vurub. Martins matçı tam oynayıb.

Qeyd edək ki, Mozambik növbəti turlarda Qabon və Kamerunla qarşılaşacaq.

Seçilən
39
idmanxeber.az

1Mənbələr