Azərbaycan Milli Mətbuatının 150 illiyi münasibətilə ölkədə fəaliyyət göstərən media nümayəndələri “Azərbaycan milli mətbuatının 150 illiyi (1875-2025)” yubiley medalı ilə təltif olunub.
Milli mətbuatın inkişafında xidmətləri olan şəxslər, o cümlədən jurnalistika və fotojurnalistika sahəsində fəaliyyət göstərənlər bu mükafata layiq görülüblər. Sevindirici haldır ki, mükafat alanlar sırasında illərini fotojurnalisikaya sərf edən 15 fotoqrafın adı da var. Fotoqrafiya və fotojurnalistika tarixində ilk dəfə olaraq kollektiv şəkildə bu sayda şəxsə dövlət təltifi təqdim olunur. Bu fakt, milli mətbuatın inkişafında fotoqrafiyanın xüsusi roluna və yaradıcı insanların əməyinə verilən dəyərin göstəricisidir.
Təltif edilənlər sırasında 10 nəfər Azərbaycan Fotoqrafiya Federasiyası və “Gilavar Foto Klubu” ictimai birliyinin rəhbər heyəti və üzvləri də yer alıb.
Qeyd edək ki, “Azərbaycan milli mətbuatının 150 illiyi (1875-2025)” yubiley medalı Azərbaycan Respublikası Prezidentinin 20 fevral 2025-ci il tarixli Fərmanı ilə təsis edilib. Medallar KİV nümayəndələrinə Medianın İnkişafı Agentliyi tərəfindən təqdim edilib.
Mükafat alan fotoqraf və fotomüxbirlərin siyahısı:
Abbasov Allahkərim Adil oğlu
Abbasov Elnur Cavanşir oğlu
Babayev Tofiq Hicran oğlu
Bəybalayev Bəybala Nuhbala oğlu
Cəfərov İlqar Şaban oğlu
Əzimov Orxan Etibar oğlu
Xanlarov Vüqar Aslan oğlu
İbadov Vüqar Fəxrəddin oğlu
Mahmudlu Famil Vidadi oğlu
Mehdiyev Rəşad Azad oğlu
Nəcəfov Dilavər Ədalət oğlu
Rəhimov Rəsul Yusif oğlu
Sadıxov Rasim Mirzəbala oğlu
Türkmən Məhəmməd Meretqeldi oğlu
Zeynalov Ramil Ələmdar oğlu










