Azertag saytına istinadən ain.az xəbər verir.
Tbilisi, 25 dekabr, AZƏRTAC
GürcüstannDövlət Təhlükəsizliyi Xidməti (DTX) ölkədə istehlak bazarındakı süni qiymət artımı ilə bağlı araşdırmalara başlayıb.
AZƏRTAC xəbər verir ki, bununla bağlı DTX rəhbərinin birinci müavini Laşa Mağradze məlumat verib.
Onun sözlərinə görə, Gürcüstan vətəndaşlarının maraqlarına və ölkənin iqtisadi təhlükəsizliyinə zərər vuran istənilən qanunsuz hərəkətə qarşı sərt hüquqi tədbirlər görüləcək.
“Dövlət Təhlükəsizliyi Xidməti öz səlahiyyətləri çərçivəsində məsələnin ətraflı araşdırılmasına başlayır və Gürcüstan vətəndaşlarının maraqlarına, eləcə də ölkəmizin iqtisadi təhlükəsizliyinə zərər vuran hər hansı qanunsuz əmələ qarşı müvafiq sərt hüquqi reaksiya veriləcək”, - deyə o əlavə edib.
Xatırladaq ki, dekabrın 24-də Baş nazir İrakli Kobaxidze Gürcüstanda ərzaq məhsullarının qiymətlərinin artımı ilə bağlı məsələ qaldırıb və müvafiq qurumlara məsələni araşdırmağı tapşırıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.