Tailand ordusu Kamboca ilə həmsərhəd olan Surin əyalətindəki 225 saylı strateji təpəyə nəzarəti bərqərar edib.
Herbiand.az bildirir ki, bu barədə Tailand ordusunun ikinci hərbi dairəsi məlumat yayıb.
Tailand qoşunları əvvəllər 225-ci təpə yaxınlığında yerləşən qədim Ta Kvay məbədi kompleksinə nəzarəti təmin edərək, Kamboca qüvvələrini ərazidən uzaqlaşdırıblar.
Qeyd edək ki, Tailand və Kamboca arasında silahlı qarşıdurmalar dekabrın 7-də başlayıb.
Bəxtiyar CƏFƏRLİ