AZ

Arkanzas sakini Powerball lotereyasında 1,8 milyard dollarlıq cekpot qazanıb

Amerikanın məşhur lotereyasında qalib katolik Miladından əvvəl müəyyənləşib...

Poliqon xəbər verir ki, Powerball lotereyasının 1,8 milyard dollarlıq cekpotu katolik Miladından əvvəl (25 dekabr) çıxarılıb. Qalib Arkanzas ştatının sakini olub, lakin onun adı hələ açıqlanmayıb. Vergilərdən sonra qalibin əldə edəcəyi məbləğin təxminən 835 milyon dollar olması gözlənilir.

Bundan əlavə, digər səkkiz iştirakçı “təskinlik mükafatı” olaraq hər biri 1 milyon dollar qazanıb.

Qeyd edək ki, Powerball tarixində ən böyük cekpot 7 noyabr 2022-ci ildə 2,04 milyard dollar təşkil etmişdi. O zaman qalib Kaliforniya sakini Edvin Kastro olub və vergilərdən sonra təxminən 1 milyard dollar əldə etmişdi.

Poliqon.info

Seçilən
93
poliqon.info

1Mənbələr