Elmar Baxşıyevlə yollarını ayıran “Araz-Naxçıvan”ın Samir Abasovla danışıqlar apardığı iddia edilir.
Sportinfo.az xəbər verir ki, “Neftçi”dən ayrıldıqdan sonra işsiz qalan Abasov teleqraf-a açıqlamasında buna aydınlıq gətirib:
“Mənim heç nədən xəbərim yoxdur. Hansısa klub mənimlə danışıqlar aparmır.
Ölkə xaricinə gəlincə, bununla məşğul olan adamlar var. O işlərdən xəbərsizəm.
Hazırda Sumqayıtda həyətdəyəm, dincəlirəm. Yenidən nə vaxt iş başında olacağımı deyə bilmərəm”.