Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli cənab Prezident.
Sizi doğum gününüz münasibətilə dərin hörmət və ehtiramla səmimi-qəlbdən təbrik edir, Zati-alinizə möhkəm cansağlığı, uzun ömür və ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram.
Azərbaycan dövlətinin daha da qüdrətlənməsi, xalqımızın rifahının yüksəldilməsi naminə həyata keçirdiyiniz bütün təşəbbüslərdə Sizə davamlı nailiyyətlər arzu edirəm.
Cənab Prezident, Sizin keçdiyiniz həyat və liderlik yolu təkcə dövlət idarəçiliyini deyil, xalqın Sizə olan inamını, ümidlərini, tarixi yaddaşını və gələcəyə yönəlmiş baxışlarını özündə ehtiva edir. Bu yol son dərəcə böyük məsuliyyət tələb edən, eyni zamanda yüksək mənəvi dəyərə malik bir missiyadır və Siz bu missiyanı əzmkarlıq və ləyaqətlə həyata keçirirsiniz.
Arzu edirəm ki, gücünüz və qətiyyətinizlə Azərbaycan xalqına hər zaman yeni-yeni zəfərlər bəxş edəsiniz.
Doğum gününüz mübarək, cənab Prezident!
Hörmətlə,
Günel Babanlı
Serbiyanın Belqrad Universitetində fəaliyyət göstərən
Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin rəhbəri,
filologiya üzrə fəlsəfə doktoru