AZ

Tramp radikal solçu “əclafları” Milad bayramı münasibətilə təbrik edib

ABŞ prezidenti radikal sol qüvvələrin miladını hədələyici mesajla təbrik edib...

Poliqon xəbər verir ki, ABŞ prezidenti Donald Tramp TruthSocial platformasında paylaşdığı mesajında radikal sol qüvvələri, “radikal sol əclaflar” adlandırdığı şəxsləri Yeni il və Milad münasibətilə təbrik edib və onların ölkəni məhv edə bilməyəcəyinə əmin olduğunu bildirib.

“Miladınız mübarək olsun, o cümlədən ölkəmizi məhv etmək üçün əlindən gələni edən radikal sol əclafların da bayramını təbrik edirəm. Amma onlar məğlubiyyətlə üzləşirlər”, deyə Tramp yazıb.

Eyni açıqlamada prezident Tramp administrasiyasının ilk ilinin nəticələrini də qiymətləndirib. Onun sözlərinə görə, ABŞ-da “açıq sərhədlər, kişilərin qadın idmanına qatılması, hər kəs üçün cinsiyyət dəyişikliyi və zəif hüquq-mühafizə orqanları” artıq mövcud deyil. Bunun əvəzinə ölkədə “rekord səviyyəli fond bazarı, son onilliklərin ən aşağı cinayət göstəriciləri, inflyasiyanın azalması və ümumi daxili məhsulun 4,3% artması” müşahidə olunur.

Qeyd edək ki, 22 sentyabr 2025-ci il tarixində Tramp ABŞ-da ultra-sol “Antifa” anti-faşist hərəkatını daxili terror təşkilatı kimi tanıyan fərman imzalayıb. 25 sentyabrda isə o, ABŞ-da siyasi motivli təşkilatlanmış zorakılığa və daxili terrorizmə qarşı mübarizə memorandumu imzalayıb. Lakin “Antifa” hərəkatı ABŞ-da və dünyada vahid mərkəzləşdirilmiş təşkilat deyil, bu termin müxtəlif anti-faşist qrupların birləşmələrini ifadə edir və onlar faşizm nümayişlərini fərqli şəkildə qiymətləndirirlər.

Poliqon.info

Seçilən
24
poliqon.info

1Mənbələr