AZ

Ən sağlam qırmızı balıq növü açıqlanıb - rekord miqdarda omeqa-3 var

Bu balıq rekord miqdarda omeqa-3 polidoymamış yağ turşuları ehtiva edir.

E-saglam.az xəbər verir ki, qastroenteroloq Lyudmila Suxorukova bildirib ki, ən sağlam qırmızı balıq növü çinuk qızılbalığıdır.

Mütəxəssis vurğulayıb ki, rekord səviyyəli omeqa-3 səviyyəsi sayəsində Çinuk qızılbalığı (salmon) ürək-damar xəstəliklərinin qarşısının alınmasında və idrak funksiyasının qorunmasında mütləq liderdir.

Çinuk qızılbalığı həmçinin sümükləri möhkəmləndirmək və ümumi sağlamlığı qorumaq üçün vacib olan D vitamini və seleniumla zəngindir. Tərkibindəki təbii piqment olan astaxantin güclü antioksidant xüsusiyyətlərə malikdir və qocalma prosesini yavaşlatmağa kömək edir.

Tərcümə: Könül Oruc

E-saglam.az

Seçilən
17
e-saglam.az

1Mənbələr