PSJ “Real”ın müdafiəçisi Antonio Rüdigeri transfer siyahısına salıb.
İdmanxeber.az-ın məlumatına görə, Paris klubu 32 yaşlı futbolçuya sərfəli müqavilə təklif etməyə hazırdır. PSJ rəhbərliyi yayda almaniyalı müdafiəçini Madrid təmsilçisindən ayrılmağa razı salmağı planlaşdırır və gənc heyətdə Rüdiger kimi təcrübəli liderə ehtiyac olduğunu düşünür.
Qeyd edək ki, Rüdigerin “Real”la müqaviləsi 2026-cı ilin yayına qədər qüvvədədir. Daha öncə “Qalatasaray”ın da futbolçuya maraq göstərdiyi iddia edilirdi.