AZ

Şeffild Uensdey in yeni sahibi olacaq

sport24.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Ceyms Bordun rəhbərlik etdiyi konsorsium "Şeffild Uensdey" üçün sərfəli təklif irəli sürüb. Sport24.az xəbər verir ki, bu barədə "The Athletic" nəşri məlumat yayıb. 44 yaşlı iş adamı həmçinin Şotlandiyanın "Danfermlin" klubunun sahibidir.

Klubu əldə etmək üçün rəqabətdə Bordun konsorsiumu amerikalı investor Con MakEvoyu, Çikaqoda yerləşən Storç ailəsini və "Nyukasl"ın keçmiş sahibi Mayk Eşlini mübarizədən kənarlaşdırıb. 

Qeyd edək ki, "Şeffild Uensdey"din sahibi, taylandlı iş adamı Deyphon Çansiri oktyabrın 24-dən klubu maliyyələşdirməkdəm imtina edib. Maliyyə problemləri səbəbindən klubun idarəetməsi Müşahidə Şurasına verilib. Futbolçulara yaranan borc üzündən aktivindən 18 xal çıxılan "Şeffild Uensdey" Çempionşipdə sonuncu pillədədir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
11
sport24.az

1Mənbələr