AZ

SENSASİYA! NATO Azərbaycan sərhədinə çatdı – NƏLƏR OLACAQ?

NATO Ermənistanla münasibətlərdə yeni mərhələyə keçməyə hazırlaşır. Alyansın baş katibinin müavini Radmila Şekerinska Ermənistanın müdafiə naziri Suren Papikyanla görüşdən sonra X sosial şəbəkəsində verdiyi açıqlamada bu niyyəti açıq şəkildə ifadə edib.

NOCOMMENT.az xəbər verir ki, Şekerinskanın sözlərinə görə, NATO Ermənistanda həyata keçirilən islahatları dəstəkləməyə hazırdır və tərəflər gələn il əməkdaşlığa dair yeni çərçivə sənədinin razılaşdırılmasına ümid edirlər. O bildirib ki, bu sənəd NATO-Ermənistan tərəfdaşlığının əsas istiqamətlərini və gələcək prioritetlərini müəyyən edəcək.

Bundan başqa, NATO Cənubi Qafqazda məhz Ermənistanla münasibətləri sıx inkişaf etdirir. Bunun səbəbi onunla bağlıdır ki, Paşinyan hakimiyyəti Qərbə inteqrasiya kursunu götürüb. Halbuki Rusiyanın Ermənistanda hərbi bazası var, bu ölkənin Türkiyə və İranla olan sərhədlərini rus sərhədçiləri mühafizə edir.

Bu o deməkdir ki, Ermənistan uğrunda artıq Rusiya-NATO rəqabəti var. NATO Ermənistanla hərbi əməkdaşlığı institusional müstəviyə keçirir. Ermənistan KTMT adlı hərbi blokun üzvüdür.

Belə olan halda ortaya bir sual çıxır: NATO Ermənistanla gələn il yeni çərçivə sənədi imzalamaq istəyir. Ermənistanla imzalanması nəzərdə tutan sənəd regionda nəyi dəyişə bilər, hansı proseslər baş verə bilər?

Asif Şəkərli

Mövzu ilə bağlı NOCOMMENT.az-a danışan siyasi ekspert Asif Şəkərli qeyd edib ki, gerçəkdən də NATO Cənubi Qafqazda daha çox Ermənistanla əməkdaşlığa meyillidir: “Ermənistan-NATO əməkdaşlığının Azərbaycana qarşı ola biləcəyini düşünmürəm. Sadəcə olaraq, bu NATO-nun Cənubi Qafqaz siyasətinin, bu regionda Rusiyanın yerin almaq rprosesinin tərkib hissəsidir. Gürcüstanla münasibətlər alınmadı. Azərbaycan müstəqil siyasət həyata keçirir.  Ancaq Ermənistan NATO ilə daha da sıx əməkdaşlıqda maraqlıdır”.

Şəkərlinin sözlərinə görə, bütün bunlara paralel olaraq, Cənubi Qafqazda Avropa Birliyinin himayəsi altında olan Ermənistanın Qərbə yaxınlaşmağa can atması, bu region ölkəsinin NATO-ya rəqib sayılan KTMT-dən çıxmaq üzrə prosesə də start verməsi kimi qəbul olunur: “Amma bunun Ermənistan üçün hansı nəticələrə gətirib çıxaracağı sual doğurur.  Ona görə ki, Ermənistan KTMT adlı hərbi blokun üzvüdür. Nəzərə almaq lazımdır ki, Rusiya NATO-nun genişlənməsini bəhanə edərək Ukraynaya qarşı müharibə elan edib”.

Seçilən
46
nocomment.az

1Mənbələr