I Liqa klubu "Mingəçevir" qışda qapıçı transfer etmək məcburiyyətində qalıb.
Bölgə təmsilçisinin baş məşqçisi Ramiz Məmmədovun Fanat.Az-a verdiyi məlumata görə, gənc əlçək sahibi Sahib Həsənov gələn ay hərbi xidmətə yollanacaq.
Bu üzdən "çərçivə"yə yeni transfer reallaşdırılacaq.
"21 yaşlı Sahib ehtiyat qapıçımızdır, bəzi oyunlarda meydana buraxmışıq. Yanvarda hərbi xidmətə yollanacaq. Bu üzdən qapıya yeni transfer etməyi düşünürük. Klubun öz yetirmələrinə də baxacağıq, kənardan da cəlb edə bilərik. Buna yaxın günlərdə qərar verəcəyik".
Qeyd edək ki, 12 oyunda 21 xal yığan "Mingəçevir" qış fasiləsinə 4-cü pillədə yollanıb. Komandanın əsas qapıçısı təcrübəli Orxan Sadıqlıdır.
Mirağa