Mauro İkardinin meneceri Elio Pino onunla bağlı yayılan transfer xəbərlərini təkzib edib.
ONN media xəbər verir ki, menecer 32 yaşlı futbolçunun yalnız "Qalatasaray"da oynamaq barədə düşündüyünü, transfer xəbərlərinin yalnız xəyaldan ibarət olduğunu qeyd edib.
Qeyd edək ki, dünya mediasında İkardinin bu qış transfer pəncərəsində "Qalatasaray"dan ayrılacağı barədə və İtaliya klublarının onunla maraqlandığına dair xəbərlər yayımlanmışdı.
Xatırladaq ki, "Qalatasaray"da 111 oyun keçirən Mauro İkardi 71 qol vurub və 22 məhsuldar ötürmə edib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta