AZ

Pxenyan yeni zenit raketlərini sınaqdan keçirdi

Dekabrın 24-də Şimali Koreya ən yeni zenit raketlərini sınaqdan keçirib.

Məlumatı Koreya mətbuatı yayıb.

Kim Çen In raket buraxılışını müşahidə edib.

Məlumatda deyilir ki, Koreya Xalq Demokratik Respublikasının baş raketquruculuğu idarəsi Yapon dənizində hazırlanan ən hündür və uzaqmənzilli yeni zenit raketlərini sınaqdan keçirib.

Bu, hava hücumundan müdafiə texnologiyalarının inkişafı çərçivəsində "yeni hündür və uzaqmənzilli zenit raket sisteminin taktiki və texniki xüsusiyyətlərini qiymətləndirməyə yönəlmiş" ilk sınaq olduğunu aydınlaşdırıb.

Sınaqdan keçirilən raketlər 200 km məsafədə simulyasiya edilmiş hava hədəflərini vurub.
 
 

Seçilən
104
7news.az

1Mənbələr