AZ

Bakalavr səviyyəsi üzrə tədris proqramları yenilənəcək - Səbuhi Rzayev

Bakı. Trend:

Təhsil Nazirliyinin təşəbbüsü ilə ali təhsil müəssisələrininnümayəndələri və əmək bazarının əsas iştirakçılarından ibarətkomissiyalar formalaşdırıldı. Bu komissiyalar vasitəsiləmagistratura səviyyəsində bütün ixtisaslar üzrə tədris proqramlarıyeniləndi və müasir dövrün tələblərinə uyğun şəkildə hazırlandı.Növbəti mərhələdə bu yanaşmanın bakalavriat səviyyəsində də tətbiqiplanlaşdırılır.

Trend xəbərverir ki, bunu bu gün Bakıda keçirilən Təhsil Tələbə KreditiFondunun 4 illik fəlaiyyətinə dair həsabat tədbirində Elm və TəhsilNazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsininmüdiri Səbuhi Rzayev bildirib.

Onun sözlərinə görə, ali təhsilin əlçatanlığının artırılmasıElmə və Təhsil Nazirliyinin əsas strateji hədəflərindənbiridir:

"Bu tədris ilində biz qarşıya qoyulmuş hədəfə artıq nail olduqvə ali təhsilin bütün səviyyələrində təhsil alanların sayı bu ilartıq 76 minə çatdı. Bu, bir kəmiyyət göstəricisidir. Mən əminlikləbildirmək istəyirəm ki, həm kəmiyyət, həm də keyfiyyət baxımındanali təhsildə çox ciddi irəliləyişlər var".

O qeyd edib ki, Elm və Təhsil Nazirliyinin 2027–2030-cu illərdəəsas hədəfi ali təhsilin keyfiyyətinin artırılmasıdır.

Seçilən
47
1
az.trend.az

2Mənbələr