ain.az bildirir, futbolpress-az portalına istinadən.
Ukraynanın “Polissya” klubunun futbolçusu Danilo Beskorovayni karyerasını Azərbaycanda davam etdirə bilər.
Futbolpress.az xəbər verir ki, “Neftçi” müdafiəçinin xidmətində maraqlıdır. Bu barədə Ukrayna mətbuatı məlumat yayıb. “Ağ-qaralar” 26 yaşlı futbolçunu transfer etmək istəyir.
Danil daha əvvəl 2024-cü ildə “Krivbass”da Yuri Vernidubla çalışıb. Vernidub indi sabiq tələbəsini “Neftçi”yə gətirmək niyyətindədir.
Müdafiəçi bu mövsüm 9 oyuna çıxıb. “Transfermarkt”da dəyəri 600 min avro olan futbolçu Ukraynanın U-20 yığmasının da formasını geyinib.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.