Bakivaxti saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Təhsil Tələbə Kredit Fondunun fəaliyyəti həm şəffaflıq prinsipləri əsasında qurulub, həm də əldə olunan nəticələr və statistik göstəricilər mütəmadi olaraq vətəndaş cəmiyyəti və media ilə paylaşılır.
Bakıvaxtı.az xəbər verir ki, bunu Fondun 4 illik fəaliyyətinə dair hesabat tədbirində İdarə Heyətinin sədri Bəhruz Əzimov bildirib.
O qeyd edib ki, fondun fəaliyyətinin şəffaflığı əsas prioritetlərdəndir.
“Əldə etdiyimiz nəticələri və rəqəmləri hər zaman media ilə bölüşürük. Fondun rəsmi internet resursu vasitəsilə hər semestrin sonunda və hər tədris ilinin yekununda statistik göstəricilər dərc olunur. Həmçinin televiziya, radio və digər kütləvi informasiya vasitələri ilə aktiv əməkdaşlıq edərək, müxtəlif verilişlərdə iştirak edir və müsahibələr veririk. Bu, vətəndaşların fondun fəaliyyəti barədə məlumatlandırılmasını təmin edir”, – deyə sədr bildirib.
Bəhruz Əzimov əlavə edib ki, ötən il fond üçün simvolik əhəmiyyət daşıyan bir göstərici qeydə alınıb: 50 mininci tədris krediti rəsmiləşdirilib.
“Bu tələbə xanım fondun əsas məqsədlərini özündə birləşdirirdi. O, həmçinin ucqar kənddə doğulub boya-başa çatmışdı”, – çıxışçı vurğulayıb.
Zeynəb Rzayeva
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.