AZ

Keçmiş prezidentdən xəbərdarlıq - “İslam Respublikası gedərsə, İran məhv olacaq”

İranın sabiq Prezidenti Məhəmməd Hatəmi İslam Respublikasının gələcəyi ilə bağlı açıqlama verib.

Missiya.Az xəbər verir ki, bu barədə İran mətbuatı məlumat yayıb.

O bildirib ki, respublika prinsipləri ilə İslam dəyərlərini xalqın iradəsi, insan hüquqları və hakimiyyətin cəmiyyət qarşısında məsuliyyəti ilə uzlaşdıran bir idarəetmə modeli mövcud olarsa, ölkədəki bir çox problemlər həllini tapa bilər.

Hatəminin sözlərinə görə, bütün çatışmazlıqlarına baxmayaraq, mövcud siyasi sistemin tamamilə tərk edilməsi İran üçün daha ağır nəticələr doğura bilər.

Siyasətçinin dediklərinə əsasən, emosional yanaşmalar kənara qoyularsa, İran cəmiyyətinin əksəriyyəti mövcud vəziyyətin dəyişməsi üçün islahat yolunu seçəcək.

Daşqın HəsənovMissiya.Az

Seçilən
14
1
missiya.az

2Mənbələr