Ajans.az xəbər verir ki,bu barədə Ermənistan Xarici İşlər Nazirliyi Sputnik Ermənistanın yazılı sorğusuna cavabında məlumat verib. Nazirlikdən bildirilib ki, hazırda layihənin həyata keçirilməsi üçün hüquqi baza və tənzimləyici mexanizmlərin hazırlanması məqsədilə amerikalı tərəfdaşlarla intensiv danışıqlar aparılır. Açıqlamaya görə, Ermənistan–ABŞ birgə müəssisəsi kimi fəaliyyət göstərəcək TRIPP şirkəti Ermənistanda qeydiyyatdan keçiriləcək. Şirkətə dəmir və avtomobil yollarının, neft və qaz boru kəmərlərinin, eləcə də fiber-optik rabitə xətlərinin inşası və inkişafı üzrə səlahiyyətlərin verilməsi nəzərdə tutulur. Xarici İşlər Nazirliyi vurğulayıb ki, layihə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TITR və ya Orta Dəhliz), həmçinin Fars Körfəzi–Qara Dəniz Beynəlxalq Nəqliyyat Dəhlizi kimi regional əlaqələrin gücləndirilməsinə yönəlmiş əsas infrastruktur təşəbbüslərinin məntiqinə tam uyğun gəlir.