"Barselona" Almaniya təmsilçisi "Union"un futbolçu Dioqu Leyte ilə maraqlanır.
Offsideplus.az xəbər verir ki, klub portuqaliyalı oyunçunu yanvarda heyətinə qatmaq istəyir.
26 yaşlı müdafiəçinin “Union”la müqaviləsinin müddəti cari mövsümün sonuna qədərdir.
Qeyd edək ki, Leyte cari mövsüm Bundesliqada 11, Almaniya Kubokunda isə 2 oyunda meydana çıxıb.