AZ

Hökümənin ölüm xəbərini qəbul edə bilmirdim - Anası

Bakı.Trend:

Hökümə uçuşdan əvvəl axşam bizə zəng etdi. Qardaşının balacaövladı ilə danışdı.

Trend xəbərverir ki, bunu Milli Qəhrəman Hökümə Əliyevanın anası KəmaləƏliyeva jurnalistlərə açıqlamasında deyib.

“Qızım səhəri günü uçuşun olacağını bizə deməmişdi. Səhəri günüfaciə xəbəri aldıq. Bu, ən ağır xəbər idi. Balamın ölüm xəbərinieşitmək qəbuledilməz idi".

Qeyd edək ki, “Azərbaycan Hava Yolları” Qapalı SəhmdarCəmiyyətinə (QSC) məxsus Bakı-Qroznı reysini yerinə yetirən“Embraer 190” təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzayauğramasından bir il ötür. “Embraer 190” təyyarəsində 62 sərnişin, 5ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub. Baş verən təyyarəqəzası nəticəsində 38 nəfər həlak olub, 29 nəfər isə yaralanıb.Həyatını itirənlərdən üçü ekipaj üzvü olub.

Prezident İlham Əliyev “Azərbaycan Hava Yolları” QSC-yə məxsus“Embraer 190” tipli sərnişin təyyarəsi Bakı–Qroznı (RusiyaFederasiyası) reysini yerinə yetirərkən baş vermiş qəza zamanıyüksək peşəkarlıq və şücaət göstərmiş şəxslərin təltif edilməsihaqqında Sərəncam imzalayıb. Sərəncama əsasən təyyarənin ekipajüzvlərinə - İqor İvanoviç Kşnyakin, Aleksandr GeorgiyeviçKalyaninov, Hökumə Cəlil qızı Əliyevaya ölümlərindən sonraAzərbaycanın Milli Qəhrəmanı adı verilib.

Məqalədə:
Seçilən
33
3
az.trend.az

4Mənbələr