AZ

Ürək xəstəliyi olanlara zərərli hesab olunan bir qida tövsiyə olundu

Qastroenteroloq Sergey Vyalov ürək xəstəliyi diaqnozu qoyulmuş insanları ənənəvi olaraq sağlamlıqlarına zərərli hesab edilən qidalardan birini qida rasionlarına daxil etməyə çağırıb.

E-saglam.az xəbər verir ki, o, bu barədə özünün "Telegram" kanalında yazıb.

Bir həkim ürək xəstəliyi olan insanlara pendir yeməyi tövsiyə etdi. "Alimlər sübut ediblər ki, kalsium və pendirin digər komponentləri bəzi yağ turşularını bağlayır və onların tam sorulmasına mane olur. Bu, xolesterol və yağın olmasına baxmayaraq, ürək-damar xəstəlikləri riskini azaldır", - deyə Vyalov izah edib.

Qastroenteroloq pendirin digər bir faydası kimi laktobasilli və bifidobakteriyalar kimi canlı bakteriya kulturalarının mövcudluğunu qeyd etdi. O, bunların bağırsaq mikroflorası üçün faydalı olduğunu izah etdi.

Vyalov həmçinin xatırladıb ki, bu məhsul Fransada çox populyardır və yerli sakinlər arasında ürək xəstəliklərinin nisbəti aşağıdır.

Tərcümə: Könül Oruc

E-saglam.az

Seçilən
26
e-saglam.az

1Mənbələr