Kristal Abşeron şirkətinə məxsus ofis satışa çıxarılıb.
NOCOMMENT.az xəbər verir ki, obyekt Sumqayıt şəhərində yerləşir.
Məlumata görə, qeyri-yaşayış sahəsi olan obyektin ümumi sahəsi 410 kvadratmetrdir. Kvadratmetri 7 500 manat dəyərində qiymətləndirilən ofisin ümumi satış qiyməti təxminən 3 milyon 75 min manat təşkil edir.