Ermənistanla münasibətlərin normallaşması çərçivəsində 2026-cı ildə açılması planlaşdırılan Türkiyənin "Alican" sərhəd keçid məntəqəsində işlər davam edir.
Modern.az xəbər verir ki, Iğdır valisi Vali Turan sərhəd-keçid məntəqəsində görülən işlərlə tanış olub.
Onu Miqrasiya İdarəsinin rəisi Hüseyn Kök, Milli Müdafiə Nazirliyinin Logistika üzrə baş direktoru vəzifəsini icra edən general-mayor Əhməd Həmdi Ataç və müvafiq nazirliklərin rəsmiləri müşayiət edib.
Yoxlamalar zamanı sərhəd bölgəsində texniki infrastruktur xidmətlərinin təkmilləşdirilməsi və mövcud standartların yüksəldilməsi ilə bağlı məsələlər müzakirə olunub.
Sahədə yoxlamalardan sonra müvafiq tərəflərin iştirakı ilə qiymətləndirmə görüşü keçirilib.
Xatırladaq ki, Alican sərhəd-keçid məntəqəsi Ermənistanın Azərbaycana qarşı işğalçı siyasətinə görə 1993-cü ilin aprel ayından bəri bağlıdır. Onun qarşısındakı Ermənistanın "Marqara" sərhəd-keçid məntəqəsi artıq təmir olunub.