AZ

12 Avropa ölkəsi İsrailin qərarını pislədi

ain.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.

Böyük Britaniya, Almaniya, Fransa da daxil olmaqla on iki Avropa ölkəsi, həmçinin Yaponiya və Kanada İsrailin işğal olunmuş Qərbi Şəriyədə 19 yeni yaşayış məntəqəsi tikmək qərarını pisləyən birgə bəyanat yayıb.

Bakıvaxtı.az xəbər verir ki, bəyanatda bu addımın beynəlxalq hüququ pozduğu, regionda qeyri-sabitliyi artırdığı və Qəzzada atəşkəs prosesinin növbəti mərhələsinə keçidi risk altına saldığı vurğulanıb.

Tərəflər İsraildən yaşayış məntəqələrinin genişləndirilməsi qərarını ləğv etməyi tələb edib və iki dövlətli həll yoluna sadiqliklərini bir daha təsdiqləyiblər.

Qeyd olunub ki, hazırda Qərbi Şəriyədə 365 qanunsuz yaşayış məntəqəsi mövcuddur və bu siyasət uzunmüddətli sülh perspektivlərini ciddi şəkildə zədələyir.

Əli Hüseynov

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
13
bakivaxti.az

1Mənbələr