AZ

"Avropa bizdən qəhrəmanlıq öyrənə bilər" - Hökümənin qardaşı (FOTO)

"Bacımın qəhrəmanlığı ilə sona qədər fəxr edəcəyik. Biz onun fədakar olduğunu uşaqlıqdan bilirdik. Hökümə Əliyeva dünyaya sübut etdi ki,  Avropa Azərbaycan xanımlarından qəhrəmanlıq öyrənə bilər". 

"Unikal" xəbər verir ki, bunu bu gün II Fəxri xiyabanda Milli Qəhrəman Hökümə Əliyevanın qardaşı Coşqun Nəsibli deyib. O bildirib ki, bu 200 ildən bir baş verən hadisədir: 

"Bacım həmişə qəhrəman olacağını deyirdi. Müasir dövrdə hamı Avropadan geyim, mədəniyyət öyrənir. Avropa da bizdən qəhrəmanlıq öyrənə bilər.  Hökümə uşaqlıqdan, tələbəlik sən səbrli insan idi. Təyyarə qəzasından da o cür səbr nümayiş etdirdi, insanları təşvişə düşməməyə səslədi və qəhrəmanlıqla həlak oldu". 

Milli Qəhrəman Hökümə Əliyevanın atası Cəlil Əliyev hadisəni törədənlərin tezliklə məsuliyyətə cəlb olunmasını istəyib: 

"Aidiyyəti qurumlardan xahiş edirəm, hadisəni törədənlər tezliklə məsuliyyətə cəlb edilsin və layiqli cəzalarını alsınlar". 

“Qismət elə gətirdi ki, cənab Prezident İlham Əliyev özü ailəmizə Kəlbəcərdə evin açarlarını təqdim etdi. Hazırda özüm Samuxda yaşayıram, oğlum isə ailəsi ilə birlikdə Kəlbəcərdə həmin evdə. Oğlum Kəlbəcərdə DOST mərkəzində çalışır” - deyə C.Əliyev bildirib.

Milli Qəhrəman Hökümə Əliyevanın həyat yoldaşı Etibar Əliyev qeyd edib ki, onlarla təkcə Azərbaycan xalqı deyil, bütün dünya azərbaycanlıları fəxr edir".

Onun sözlərinə görə, Milli Qəhrəmanın ailəsi inanır ki, qəzaya səbəb olan cinayətkarlar ifşa olunacaq və məsuliyyətə cəlb olunacaqlar.

Müxbir: Anar Kəlbiyev

Fotolar: Turqut Sultan

Seçilən
39
unikal.az

1Mənbələr