AZ

Futbolçu faciəvi şəkildə öldü: Cadugərin tövsiyəsi ilə sikkə udub?

Burundi çempionatının ikinci divizionunda keçirilən futbol matçı zamanı faciəli hadisə baş verib.

Publika.az xəbər verir ki, "Gepye dyu Lak" klubunun 24 yaşlı yarımmüdafiəçisi İqiranese Ayme Qerik həyatını itirib. Hadisə "Amasipiri" komandası ilə matç zamanı qeydə alınıb.

"Sport News Africa"nın məlumatına görə, futbolçunun vəziyyəti sikkə udduqdan sonra pisləşib. Bildirilir ki, bu sikkə sehrlə əlaqəlidir.

Bir neçə mənbə Burundidə futbol oyunlarının nəticəsini müəyyənləşdirmək üçün yerli cadugər və falçılara müraciət etmə praktikasının geniş yayıldığını qeyd edir.

Tibbi personalın müdaxiləsinə baxmayaraq, futbolçu xəstəxanaya aparılarkən dünyasını dəyişib.

Seçilən
46
publika.az

1Mənbələr