Bakı. Trend:
Hökümə Əliyeva dünyaya sübut etdi ki, Avropa Azərbaycanxanımlarından qəhrəmanlıq öyrənə bilər.
Trend xəbərverir ki, bunu bu gün II Fəxri xiyabanda Milli Qəhrəman HöküməƏliyevanın qardaşı Coşqun Nəsibli deyib.
“Bacımın qəhrəmanlığı ilə əbədi fəxr edəcəyik. Biz onun fədakarolduğunu uşaqlıqdan bilirdik”.
O bildirib ki, bu 200 ildən bir baş verən hadisədir:
"Bacım həmişə qəhrəman olacağını deyirdi. Müasir dövrdə hamıAvropadan geyim, mədəniyyət öyrənir. Avropa da bizdən qəhrəmanlıqöyrənə bilər. Təyyarə qəzasından da o cür səbr nümayiş etdirdi,insanları təşvişə düşməyə səslədi və qəhrəmanlıqla həlak oldu".
Qeyd edək ki, “Azərbaycan Hava Yolları” Qapalı SəhmdarCəmiyyətinə (QSC) məxsus Bakı-Qroznı reysini yerinə yetirən“Embraer 190” təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzayauğramasından bir il ötür. “Embraer 190” təyyarəsində 62 sərnişin, 5ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub. Baş verən təyyarəqəzası nəticəsində 38 nəfər həlak olub, 29 nəfər isə yaralanıb.Həyatını itirənlərdən üçü ekipaj üzvü olub.
Prezident İlham Əliyev “Azərbaycan Hava Yolları” QSC-yə məxsus“Embraer 190” tipli sərnişin təyyarəsi Bakı–Qroznı (RusiyaFederasiyası) reysini yerinə yetirərkən baş vermiş qəza zamanıyüksək peşəkarlıq və şücaət göstərmiş şəxslərin təltif edilməsihaqqında Sərəncam imzalayıb. Sərəncama əsasən təyyarənin ekipajüzvlərinə - İqor İvanoviç Kşnyakin, Aleksandr GeorgiyeviçKalyaninov, Hökumə Cəlil qızı Əliyevaya ölümlərindən sonraAzərbaycanın Milli Qəhrəmanı adı verilib.