AZ

Rusiya limanında neft anbararı yanır

Unikal.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Temryuk limanında iki neft anbarında pilotsuz təyyarənin hücumu nəticəsində yanğın baş verib.

"Unikal" xəbər verir ki, bu barədə Krasnodar diyarı Təcili Yardım Mərkəzi məlumat yayıb.

Ümumi sahəsi təxminən 2000 kvadratmetr olan yanğının söndürülməsi ilə Rusiya Fövqəladə Hallar Nazirliyinin regional bölməsinin əməkdaşları da daxil olmaqla 70 nəfər və 18 ədəd xüsusi texnika məşğul olur.

Hadisə yerində təcili yardım xidmətləri də işləyir. İlkin məlumatlara görə, xəsarət alan yoxdur.

Ağarza Elçinoğlu

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
43
2
unikal.az

3Mənbələr