AZ

Pxenyan ən yeni zenit raketlərini sınaqdan keçirib

Şimali Koreyada ən yeni zenit raketlərinin sınağı keçirilib, buraxılışı Şimali Koreya lideri Kim Çen İn müşahidə edib.

"Far.Az" xəbər verir ki, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi (KMTA) məlumat yayıb.

"KXDR-in Raketqayırma Baş İdarəsi Yapon dənizində hazırlanan ən yeni böyük hündürlük və uzaq məsafəyə malik zenit raketlərinin sınaq buraxılışını həyata keçirib", - deyə agentlik bildirib.

Dəqiqləşdirilib ki, bu, hava hücumundan müdafiə vasitələri texnologiyalarının inkişafı çərçivəsində yeni böyük hündürlük və uzaqmənzilli zenit raketi sisteminin taktiki-texniki xüsusiyyətlərinin qiymətləndirilməsinə yönəlmiş ilk sınaqdır.

Buraxılan raketlər 200 km məsafədəki şərti hava hədəflərini məhv edib.

"Kim Çen İn sınaqların uğurla keçməsi münasibətilə təbriklərini çatdırıb", - deyə KMTA vurğulayıb.

Seçilən
36
far.az

1Mənbələr