İngiltərənin “Çelsi” klubunun italiyalı məşqçi Enzo Mareska komandanın bu mövsüm İngiltərə Premyer Liqasını qazana biləcəyinə əmin deyil.
İdman.Biz xəbər verir ki, italiyalı mütəxəssis bu barədə “BBC Sport”a istinadən məlumat yayıb.
O, “Çelsi”də stabilliyin çatmadığını qeyd edib. E.Mareska mövsümün ikinci yarısında bunun öhdəsindən gələ biləcəklərinə ümid etdiyini bildirib.
“Daha ardıcıl olsaydıq, ən yaxşılar arasında ola bilərdik. Müxtəlif klublar oyunda nəticələrimiz fərqlidir. Bu mövsümün ikinci yarısı üçün əsas məqsədimiz bu sahədə çatışmazlığı aradan qaldırmaqdır” - deyə o bildirib.