ain.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.
Smartfon ekranlarından, notbuklardan və digər qadcetlərdən yayılan mavi işıq dərinin qocalma prosesini sürətləndirir. Bu təsir əsasən oksidləşdirici stresin artması və kollagenin parçalanması ilə əlaqələndirilir.Demokrat.az xəbər verir ki, fəlsəfə doktoru, dermatoveneroloq Natalya Mixaylova bu barədə Rusiya mətbuatına açıqlama verib.Onun sözlərinə görə, mavi işıq ultrabənövşəyi şüalardan daha dərinə - dərinin dərin qatı olan dermaya qədər nüfuz edir və sərbəst radikalların yaranmasını artırır. "Bu proses oksidləşdirici stresin güclənməsinə, kollagenin daha sürətlə parçalanmasına və nəticə etibarilə dərinin vaxtından əvvəl qocalmasına səbəb olur", - deyə həkim bildirib.Mütəxəssis qeyd edib ki, qadcetlər yalnız birbaşa zərərli radiasiya ilə deyil, eyni zamanda mikrosirkulyasiyanın pozulması, üz əzələlərinin - xüsusilə göz ətrafı nahiyənin - gərginləşməsi və dərinin quruması ilə də mənfi təsir göstərir. Bundan əlavə, cihazların yaydığı istilik və onlarla daimi əl təması dəridə çirklərin, o cümlədən sebum və toz mikrohissəciklərinin toplanmasına səbəb olur. Bu amillər tez-tez iltihabi proseslərə yol açır, dərini daha həssas edir və qocalma prosesini sürətləndirir.Qadcetlərin dəriyə vurduğu zərəri minimuma endirmək üçün dermatoloq mavi işığın təsirini azaldan qoruyucu ekranlardan istifadə etməyi, həmçinin antioksidantlarla zəngin dəriyə qulluq vasitələrinə üstünlük verməyi tövsiyə edir. Xüsusilə C və E vitaminləri olan kremlər və serumlar, eləcə də bitki ekstraktları və yaşıl çay tərkibli məhsulların faydalı olduğu vurğulanır.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.