Bu ilin yanvar-noyabr aylarında Azərbaycan bankları "Bloomberg" ticarət sistemində 61,8 milyard manat məbləğində 3 482 ədəd əqd bağlayıb.
"Report" bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Məlumata görə, 11 ayda banklararası repo bazarında isə 3 milyardlıq 287 əqd bağlanılıb.
"Hesabat dövründə banklararası bazarın həm təminatsız, həm də təminatlı sektorunda aktivlik yüksək olaraq qalıb", - deyə məlumatda qeyd olunub.