AZ

Tramp Latın Amerikasında narkokartellərə qarşı quru əməliyyatlarının başladacağını elan edib

ABŞ prezidenti dəniz narkotrafikinin 96 faiz azaldıldığını bildirib və mübarizənin əsas mərhələsinin quru üzərindən aparılacağını deyib...

Poliqon xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Miladı bayramı münasibətilə hərbçiləri təbrik edərkən çıxışında Latın Amerikasından ABŞ-yə dəniz yolu ilə daşınan narkotiklərin həcminin 96 faiz azaldıldığını açıqlayıb. Prezident bildirib ki, əldə olunan nəticələrdən sonra Vaşinqton narkotiklərlə mübarizədə diqqəti quru əməliyyatlarına yönəldəcək. Onun sözlərinə görə, quru üzərindən aparılan mübarizə əməliyyat baxımından daha asan və effektiv hesab olunur.

Tramp qeyd edib ki, ABŞ faktiki olaraq dənizdən narkotik axınını demək olar tam kəsib və hazırda qalan 4 faizin hansı şəbəkələrə aid olduğunu müəyyənləşdirməyə çalışır. Prezident bu göstəricini ABŞ ordusunun və təhlükəsizlik strukturlarının uğuru kimi təqdim edib.

Son aylarda ABŞ Silahlı Qüvvələri Karib dənizində narkotik daşınmasında iştirak etdiyi iddia edilən gəmilərə qarşı əməliyyatlar həyata keçirir. Vaşinqton bu tədbirləri regional təhlükəsizliyin təmin edilməsi və narkokartellərin maliyyə mənbələrinin zəiflədilməsi ilə əsaslandırır.

Eyni zamanda Tramp Venesuela ilə bağlı sərt mövqeyini də bir daha xatırladıb. ABŞ prezidenti Karakas hökumətini Latın Amerikasındakı narkokartellərə yardım göstərməkdə ittiham edib və bu ölkəyə qarşı hərbi kampaniyanın istisna edilmədiyini vurğulayıb. Analitiklər hesab edirlər ki, bu cür bəyanatlar regionda gərginliyi artıra və ABŞ–Latın Amerikası münasibətlərinə ciddi təsir göstərə bilər.

Poliqon.info

Seçilən
29
poliqon.info

1Mənbələr