AZ

Azərbaycanın valyuta ehtiyatları 84 milyard dollara yaxınlaşır

Bu ilin əvvəlindən Azərbaycanın strateji valyuta ehtiyatları 12,6 milyard ABŞ dolları və yaxud 17,7 % artaraq 83,6 milyard ABŞ dollarına çatıb.

"Report" bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

Məlumata görə, bunun 11,4 milyard dolları qurumun payına düşür. Bu isə ilin əvvəlinə nisbətən 4,3% çoxdur.

Hazırda ölkənin valyuta ehtiyatlarımız xarici borcundan təxminən 17 dəfə çoxdur.

Seçilən
40
2
far.az

3Mənbələr