BAKI, 25 dekabr. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Latın Amerikasında narkokartellərə qarşı quru əməliyyatları həyata keçirmək planlarını təsdiqləyib.
Teleqraf xəbər verir ki, ABŞ lideri bu barədə hərbçiləri katolik Milad bayramı münasibətilə təbrik edərkən danışıb.
Donald Tramp narkokartellərlə mübarizənin yeni mərhələyə keçəcəyini bildirərək, artıq əməliyyatların quru üzərindən aparılacağını vurğulayıb.
ABŞ Prezidenti çıxışı zamanı Karib dənizində yerləşən “USS Gerald Ford” aviadaşıyıcısının ekipajını da ayrıca təbrik edib.
Qeyd edək ki, bundan əvvəl Donald Tramp ABŞ-ın yaxın vaxtlarda Latın Amerikasında fəaliyyət göstərən narkokartellərə qarşı quru əməliyyatlarına başlayacağını açıqlamışdı.