BAKI, 25 dekabr. TELEQRAF
Rusiya prezidenti Vladimir Putin Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen Inı Yeni il münasibətilə təbrik edib.
Teleqraf xəbər verir ki, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi (KCNA) məlumat yayıb.
Putin təbrikində həmçinin KXDR hərbçilərinin Kursk vilayətinin işğalçılardan azad edilməsində göstərdikləri qəhrəmanlığı xüsusi qeyd edib. Onun sözlərinə görə, Koreya Xalq Ordusu kontingentinin bu əməliyyatda iştirakı, eləcə də koreyalı minaaxtaranların Rusiya ərazisində sonrakı fəaliyyəti iki ölkə arasında sarsılmaz dostluğun və döyüş qardaşlığının bariz nümunəsidir.
Rusiya lideri həmçinin vurğulayıb ki, 2025-ci il Rusiya-KXDR münasibətləri üçün xüsusi əhəmiyyət daşıyıb və tərəfdaşlıq əlaqələri daha da möhkəmlənib.