AZ

Charlie Hebdo-dan Epşteyn işinə satirik baxış

Fransanın satirik jurnalı “Charlie Hebdo” Ceffri Epşteyn işi ilə bağlı sənədlərdə senzuranı parodiya edib. Jurnalın üz qabığında üzlərinin yerinə qara kvadratlar çəkilmiş Məryəm Ana və Körpə təsvir olunub. Nəşr illüstrasiyanı “Epşteyn işi: Böyük açıqlamalar” başlığı ilə təqdim edib.

Doğru.az xəbər verir ki, bu, ABŞ Ədliyyə Nazirliyinin Epşteyn işi ilə bağlı təxminən 4000 sənəd və fotoşəkili dərc etməsinə istinaddır. Sənədlərin bir çoxunda iştirak edənlərin üzləri gizlədilib.

Daha əvvəl məlum olmuşdu ki, Epşteynin seyfində xarici nağd pullar arasında 230 rus rublu tapılıb.

DOĞRU.AZ

Seçilən
28
1
dogru.az

2Mənbələr