Lionel Messi və Serxio Aquero tərəfindən qurulan KRU “Counter-Strike 2” komandasının heyətinin buraxıldığını rəsmi olaraq elan edib.
Publika.az xəbər verir ki, bütün oyunçular azad agent elan edilib və klubdan ayrılıblar.
Klub nümayəndələrinin sözlərinə görə, qərar KRU-da daxili dəyişikliklər və kiberidman prioritetlərinin yenidən qiymətləndirilməsi ilə bağlıdır.
Cənubi Amerika komandası artıq bir neçə regional turnirdə uğurlar qazanmışdı.