AZ

Əlcəzair parlamenti Fransanın müstəmləkəçilik siyasətini cinayət aktı kimi qiymətləndirib

Bakı. Trend:

Əlcəzairin Milli Xalq Assambleyası XIX–XX əsrlərdə Fransanınölkə ərazisində həyata keçirdiyi müstəmləkəçilik siyasətini cinayətkimi tanıyan qanun layihəsini yekdilliklə təsdiqləyib.

Trend xəbər verir ki, bubarədə açıq iclasın birbaşa yayımı zamanı açıqlama verilib.

Qəbul edilən sənədə əsasən, Fransanın 14 iyun 1830-cu ildən 5iyul 1962-ci ilədək Əlcəzairdə həyata keçirdiyi müstəmləkəçilikfəaliyyəti, onun birbaşa və dolayı nəticələri, habelə həmin dövrdənsonra da davam edən təsirləri rəsmi şəkildə qanunvericiliksəviyyəsində cinayət hesab olunur.

Qanun layihəsinin müəllifləri Fransanın Əlcəzairdəki müstəmləkəidarəçiliyi ilə bağlı təxminən 30 adda cinayət halını müəyyənediblər. Bunlara məhkəməsiz qətllər, yerli əhaliyə qarşı ağırişgəncələr, qadağan edilmiş silahlardan istifadə, ekolojifəlakətlərin törədilməsi, eləcə də Əlcəzair səhrasında həyatakeçirilmiş nüvə sınaqları daxildir. Bildirilib ki, bu sınaqlarınfəsadları bu gün də yerli əhali tərəfindən hiss olunur.

Şimali Afrika dövləti keçmiş metropoliyadan müstəmləkəçilikdövrünə görə rəsmi üzr istənilməsini və maddi kompensasiyanınödənilməsini tələb etməyi planlaşdırır.

Qeyd olunub ki, Fransa müstəmləkə hakimiyyəti dövründə əhaliyəərəb dilində təhsil almaq qadağan edilib, məcburi xristianlaşdırmasiyasəti aparılıb, həmçinin Birinci və İkinci dünya müharibələrizamanı minlərlə əlcəzairli Fransa Silahlı Qüvvələrinin sıralarınakütləvi şəkildə cəlb olunub.

Əlcəzair 130 ildən artıq müddətdə Fransanın işğalı altında qalıbvə 1962-ci ildə milli azadlıq mübarizəsi nəticəsində müstəqilliyiniəldə edib.

Bundan əlavə, dekabrın əvvəlində Afrikanın bir sıra ölkələri 30noyabr – 1 dekabr tarixlərində Əlcəzairdə keçirilmiş beynəlxalqkonfransın yekunları üzrə bəyannamə qəbul ediblər. Həmin sənəddəmetropoliyalara müstəmləkəçilik keçmişinə görə rəsmi məsuliyyətietiraf etmək və kompensasiya mexanizmləri hazırlamaq çağırışı yeralıb.

Seçilən
40
az.trend.az

1Mənbələr