Putin Kremlin 1 nömrəli “ruporu”, təbliğatçısı Vladimir Solovyovu “Vətən qarşısında xidmətlərinə görə” ordeni ilə təltif edib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Rusiya Prezidenti Solovyova III dərəcəli ordeni şəxsən təqdim edib.
Məlumata görə, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin jurnalist və teleaparıcı Vladimir Solovyovu yüksək dövlət mükafatı ilə təltif edib.
Dövlət başçısı Solovyova III dərəcəli “Vətən qarşısında xidmətlərinə görə” ordenini təqdim edib. Mükafatlandırma mərasimi Kremldə baş tutub.
Xuraman Etibarlı
İnterpress.az