AZ

ABŞ-nin NATO-dakı daimi nümayəndəsi: Rusiya-Ukrayna münaqişəsinin həllinə yaxınıq

ABŞ-də hesab edirlər ki, Rusiya–Ukrayna müharibəsinin başa çatması yaxınlaşır, lakin bir sıra məsələlərin həlli hələ də Moskva və Kiyevin razılığını tələb edir.

"Far.Az"un məlumatına görə, bunu ABŞ-nin NATO-dakı daimi nümayəndəsi Metyu Uitaker "Fox News" telekanalında çıxışı zamanı bildirib.

"Gündəliyə iki həftə əvvəlkindən daha az məsələ daxildir. Bu isə yaxşı xəbərdir", – deyə o, münaqişənin həlli üzrə aparılacaq məsləhətləşmələrdə müzakirə olunacaq məsələləri nəzərdə tutaraq qeyd edib.

"Yenə də elə məsələlər qalır ki, onların hər iki tərəfin razılığı ilə həll olunması vacibdir. Lakin biz buna yaxınlaşırıq", – Uitaker əlavə edib.

Onun sözlərinə görə, Vaşinqton və Kiyev təhlükəsizlik zəmanətləri ilə bağlı məsələlərin əsas hissəsini razılaşdırıblar.

"Nəticədə hər şey ərazi məsələsinə və onun bölünməsinə bağlıdır – bu, demilitarizasiya olunmuş zona olacaq, yoxsa iqtisadi imkanlar zonası. Təhlükəsizlik zəmanətlərini biz, əsasən, ukraynalılarla razılaşdırmışıq. Düşünürəm ki, Rusiya buna etiraz etmir", – deyə o bildirib.

Uitaker qeyd edib ki, ərazi aspektindən əlavə, atəşkəs və sülhə riayət olunması məsələləri də həll edilməlidir. "Hesab edirəm ki, biz bu məsələlərin də çoxunu həll etmişik", - deyə o əlavə edib.

Seçilən
44
far.az

1Mənbələr