AZ

ABŞ Qrenlandiyanı ələ keçirmək niyyətində deyil

ABŞ Prezidenti Donald Trampın Qrenlandiyanı ələ keçirmək planları yoxdur.

Teleqraf xəbər verir ki, bunu Trampın ada üzrə xüsusi nümayəndəsi Jeff Landri "Fox News"a bildirib.

Onun sözlərinə görə, ABŞ adanı işğal etməyə çalışmır, əksinə Qrenlandiya sakinləri ilə danışıqlar apararaq gələcək üçün nə istədiklərini öyrənmək istəyir.

"Onlar nə istəyirlər? Onlara hansı imkanlar verilməyib? Bu suallara cavab tapmaq istəyirik", - deyə Landri qeyd edib.

O həmçinin əlavə edib ki, ABŞ həmişə qonaqpərvər ölkə olub və Tramp administrasiyası kiminsə ölkəsini ələ keçirmək niyyətində deyil.

Seçilən
20
teleqraf.com

1Mənbələr