AZ

"Təəssüf ki, qol fürsətlərindən lazımınca faydalanmadıq" - Elnur Abdullayev

1-ci Liqanın 12-ci turu çərçivəsində bu gün "Mingəçevir"in qonağı olan "Şahdağ Qusar" 1:1 hesablı heç-heçə sayəsində iddialı rəqibindən xal aldı. Qusar təmsilçisinin baş məşqçisi Elnur Abdullayevlə əlaqə saxlayıb oyun barədə fikirlərini soruşduq.

Onun Fanat.Az-a açıqlaması belə oldu:

"Hər iki komanda qələbə qazanmaq istəyirdi. Maraqlı və baxımlı oyun oldu. Deyərdim ki, bu görüşdə 3 xal əldə edə bilərdik. Təəssüf ki, qol fürsətlərindən lazımınca faydalanmadıq. Futbol elədir ki, fürsətləri boşa verirsənsə, komandada psixoloji gərginlik artır, oyunçular ardıcıl səhvlərlə diqqət çəkirlər. Buna baxmayaraq, oyunçularımı təbrik edirəm. Bu gün çox istəkliydilər, qələbəyə köklənmişdilər. Gələcəkdə daha yaxşı olacaq. Daha baxımlı futbol sərgiləyəcək, istəklərimizə çatacağıq. Hər iki komandaya uğurlar arzulayıram".

Nihat

Seçilən
25
fanat.az

1Mənbələr