AZ

Onun üçün mübarizəyə qoşuldu - “Qarabağ”ın rəqibi

“İnter”in müdafiəçisi Alessandro Bastoni klubunu dəyişə bilər.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, italiyalı futbolçu uğrunda mübarizəyə “Liverpul” da qoşulub.

Daha əvvəl Bastoni ilə “Barselona”nın maraqlandığı bildirilirdi.

Bastoni “İnter”lə yeni müqavilə imzalamayacağı təqdirdə, hər iki klub onun transferini reallaşdırmağa hazırdır.

26 yaşlı futbolçu cari mövsümdə bütün turnirlər daxil olmaqla 20 oyunda meydana çıxıb, 1 qol vurub və 5 məhsuldar ötürmə verib.

“Liverpul” “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir.

Seçilən
8
sportinfo.az

1Mənbələr