AZ

"Fənərbağça" klubunun prezidenti yenidən saxlanıldı

İstanbul Prokurorluğu tərəfindən aparılan narkotik araşdırması çərçivəsində "Fənərbaxça" Futbol Klubunun prezidenti Sadettin Saran saxlanılıb.

BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barərə İstanbul Prokurorluğu məlumat yayıb.

Bildirilir ki, İstanbul Vilayət Jandarmeriya Komandanlığı əməkdaşları iş üzrə yeni dəlillərin ortaya çıxması səbəbindən Saranı saxlayıblar.

O, narkotik maddənin təmin edilməsi, narkotikdən istifadəni asanlaşdırma və narkotikdən istifadə ittihamları ilə saxlanılıb.

Qeyd edək ki, Saran eyni təhqiqat çərçivəsində bir neçə gün əvvəl saxlanılmış və narkotik testindən keçdikdən sonra sərbəst buraxılmışdı.

Seçilən
42
far.az

1Mənbələr